Rusiya prezidenti Vladimir Putin və amerikalı həmkarı Donald Tramp Ukrayna ilə bağlı səmimi fikir mübadiləsini davam etdirib.
1xeber.media xəbər verir ki, bu barədə Kreml öz Telegram kanalında məlumat yayıb.
“Liderlər Ukrayna ətrafındakı vəziyyətlə bağlı ətraflı və səmimi fikir mübadiləsini davam etdiriblər. Vladimir Putin hərbi əməliyyatlara və insan itkilərinə son qoymaq kimi nəcib məqsədə nail olmaqda kömək etmək istəyinə görə Donald Trampa minnətdarlığını bildirib”, - məlumatda deyilir.
Əlavə olaraq bildirilib ki, tərəflər silahlı münaqişənin həlli üçün birgə səyləri davam etdirmək barədə razılığa gəliblər.
Daha əvvəl CNN Rusiya mənbələrinə istinadən yazıb ki, Putinin Trampla telefon danışığı “yaxşı” keçib və hər iki tərəf razı qalıb. Söhbətin ümumi müddəti 2 saat 28 dəqiqə olub.