Rusiya prezidenti Vladimir Putin Ağ Evin rəhbəri Donald Trampın Moskva və Kiyevin 30 gün ərzində enerji infrastrukturuna hücumlardan qarşılıqlı imtina etməsi ilə bağlı ideyasını dəstəkləyib.
1xeber.media xəbər verir ki, bu barədə Kremlin saytında məlumat verilib.
“Söhbət zamanı Donald Tramp münaqişə tərəflərinə 30 gün ərzində enerji infrastrukturu obyektlərinə zərbələr endirməmək təklifini irəli sürüb. Vladimir Putin bu təşəbbüsə müsbət cavab verib”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, Putin dərhal rus hərbçilərinə müvafiq komandanı verib.
Martın 13-də Putin Moskvanın Vaşinqtonun 30 günlük atəşkəs təklifi ilə razılaşdığını bildirib. Bununla belə, dövlət başçısı vurğulayıb ki, bir sıra nüansları, o cümlədən Kursk vilayəti ərazisində Ukrayna qoşunlarının mövcudluğunu həll etmək lazımdır.