Rusiya prezidenti Vladimir Putin və amerikalı həmkarı Donald Tramp əvvəllər iki ölkənin nümayəndə heyətləri arasında danışıqların aparıldığı Səudiyyə Ərəbistanında görüşə bilərlər.
1xeber.media xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
“Bu variantı istisna etmək olmaz. Amma hələlik bu məsələ ilə bağlı konkret məlumat yoxdur”, - Kreml sözçüsü Səudiyyə Ərəbistanının sammitin keçiriləcəyi məkan kimi çıxış edə biləcəyi ilə bağlı sualı cavablandırıb.
Bundan əvvəl Ağ Evin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Trampın görüşünün böyük ehtimalla Səudiyyə Ərəbistanında baş tutacağını bildirmişdi. Xüsusi nümayəndə əlavə edib ki, iki ölkə liderləri arasında telefon danışığı nəticə əldə etmək məqsədi daşıyır.