Rusiya Silahlı Qüvvələri Donetsk Xalq Respublikasının (DXR) Razliv və Tarasovka bölgələrində irəliləyir.
1xeber.media xəbər verir ki, bu barədə “Strana.ua” Teleqram kanalı Ukraynanın “Deep State” analitik resursunun məlumatlarına istinadən məlumat yayıb.
Bundan əvvəl “DeepState” rus qoşunlarının Xarkov vilayətinə və DXR-ə doğru irəlilədiyini etiraf edib. Xüsusilə, analitik resurs Xarkov vilayətinin Kupyansk istiqamətində Krasnoe Pervoe qəsəbəsi ərazisində Rusiya Silahlı Qüvvələrinin irəliləyişini təsdiqləyib.