Bloger Cavid Nəsrullah Bakı Metropoliteni QSC-də vəzifəyə təyin edilib.
1xeber.media Oxu.az-a istinadla xəbər verir ki, o, QSC-də Kommunikasiya departamentinin sədrinə müavin təyin olunub.
Qurumun mətbuat katibi Bəxtiyar Məmmədov məlumatı təsdiqləyib.
Qeyd edək ki, o, "Azerfon" (Nar), "Gilan Holdinq"in müxtəlif şirkətlərində rəhbər vəzifələrdə və Azərbaycan Dəmir Yolları QSC-də çalışıb.