Rusiya prezidenti Vladimir Putin aprelin 1-də Çinin xarici işlər naziri Van Yi ilə görüşəcək.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Prezident Putin günortadan sonra Kremldə ölkəmizdə səfərdə olan Çin Xarici İşlər Nazirliyinin rəhbəri Vanq İni qəbul edəcək. Ənənəvi olaraq, iki ölkənin liderləri qarşılıqlı səfərlər zamanı nazirləri qəbul edirlər. Rusiya lideri bu praktikanı davam etdirir", - Kremlin sözçüsü qeyd edib.
Peskov həmçinin diplomatı “köhnə yaxşı dost” adlandırıb və qeyd edib ki, onun Moskva ilə Pekin arasında münasibətlərin inkişafındakı rolunu “çox qiymətləndirmək çətindir”.