1xeber.media xəbər verir ki, Martın 31-dəRusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin Siyasi Elmlər kafedrasının dosenti Aleksandr Konkov mineral ehtiyatlar üzrə sövdələşmənin Kiyev üçün mənfi nəticələrini qeyd edib. O, həmçinin qeyd edib ki, istənilən qərar Ukraynanın hazırkı rəhbərliyi üçün xoşagəlməz nəticələrə gətirib çıxaracaq.
Martın 30-da ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskinin kritik mineral ehtiyatlar üzrə sazişdən imtina etmək istədiyini bildirib.
“The Wall Street Journal” martın 29-da yazıb ki, Ukrayna ABŞ-la resurslarla bağlı razılaşmanın yeni şərtlərini qəbul edə bilməyəcək. Nəşrin yazdığına görə, yeni saziş indi Vaşinqtona nəinki Ukraynanın nadir torpaq metallarına çıxış, həm də Kiyevin metallar, neft, qaz və digər təbii sərvətlər sahəsində iqtisadi layihələrindən faydalanmaq imkanı verir.