1xeber.media xəbər verir ki, ABŞ milyarderlərin sayına görə Forbes jurnalının dünya reytinqində növbəti dəfə birinci yeri tutub. Planetin 3028 ən zəngin adamının siyahısına 902 amerikalı daxildir. Milyarderlərin müvafiq siyahısı nəşrin saytında dərc olunub.
İkinci yerdə 516 dollar milyarderlə Çin, üçüncü yerdə isə 205 nəfərlə Hindistan qərarlaşıb.
2025-ci ildə milyarderlərin ümumi sərvəti rekord həddə - 16,1 trilyon dollara çatıb.
Forbes-in məlumatına görə, ilk dəfə üç sahibkarın kapitalı 200 milyard dollardan çoxdur.
Həmin günün əvvəlində sərvəti 342 milyard dollar dəyərində qiymətləndirilən amerikalı iş adamı İlon Maskın dünyanın ən varlı adamı kimi tanındığı bildirilirdi.
Mask 2022 və 2023-cü illərdə ABŞ-ın 400 ən zəngin vətəndaşı siyahısında da birinci olub.