Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan kriminal avtoritet Robson torpaq dələduzluğunda şübhəli bilinir.
1xeber.media xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.
Telekanalın məlumatına görə, “Amşenski dvor” restoranının sahibi Robson kimi tanınan Ruben Tatulyan olub. 1998-ci ildə qəsb, oğurluq və digər cinayətlərlə məşğul olan cinayətkar təşkilat yaradıb. Onların bir neçə ölüm təhdidləri və sifarişli öldürmələri var.
Robson cinayət işində müttəhimdir və polis tərəfindən axtarışa verilib. 2023-cü ilin sentyabrında Soçidə onun evində axtarış aparılıb. Buna ticarət mərkəzləri və yaşayış komplekslərinin tikintisində dələduzluq şübhələri səbəb olub.
Daha əvvəl bildirilmişdi ki, rusiyalı deputat arvadını işə götürməklə bağlı dələduzluğa görə 7 il həbs cəzası istənilib.