Azərbaycan Dövlət Akademik Musiqili Teatrına yeni direktor müavini təyin olunub.
Mədəniyyət Nazirliyindən verilən məlumata görə, mədəniyyət naziri Adil Kərimli bununla bağlı əmr imzalayıb.
Əmrə əsasən, Arzu Asif oğlu Rzayev sözügedən vəzifəyə təyin olunub.
***
Mən Azərbaycan Dövlət Akademik Musiqili Teatrına direktor müavini təyin olunmamışam. Mənim adım məşhur olduğuna görə belə xəbərlər yayılır.
Bunu teleqraf-a açıqlamasında müğənni Arzu Rzayev deyib.
"Teatra direktor müavini təyin edilən Arzu Rzayev Asif oğludur, mən isə Ələkbər oğluyam. Həmin şəxsi isə tanımıram", - müğənni bildirib.