Fransa Prezidenti Emmanuel Makronun bütün kəşfiyyat strukturu deşifrə olunur.
1xeber.media xəbər verir ki, bu barədə “Haber Qlobal” "Intelligence Onlayn" nəşrinə istinadən məlumat yayıb.
Məlumata görə, “Qaranlıqlar şahzadəsi” kimi tanınan Aleksandr Benallanın da təmsil olunduğu kəşfiyyat qrupunun fokuslandığı əsas nöqtələr Balkanlar və Yaxın Şərqdir.
Nəşr, Makronun getdikcə daha çox kəşfiyyat yönümlü xarici siyasət yürütməyə başladığını bildirib:
“Makron, həmçinin ölkə tarixində kəşfiyyat strukturuna ən çox səlahiyyət verən prezident kimi xarakterizə edilib.
Hərbi ekspertlər bildirirlər ki, ölkəni faktiki olaraq agentlər idarə edir. Mənbələr Makronu hakimiyyətə gətirən və onun hakimiyyətdə qalmasını təmin edən qüvvələr arasında kəşfiyyat dairələrinin xüsusi rolunun olduğunu vurğulayır”.
Məqalədə qeyd edilib ki, Makron hər il kəşfiyyata ayrılan büdcəni artırır. 2017-ci ilin büdcəsi 2,4 milyard avro idi. 2023-cü ildə isə 3,1 milyard avroya yüksəlib:
“Həmin vaxt, həmçinin kəşfiyyat orqanlarında çalışanların sayı 13 faiz artıb. Makron tərəfindən yaradılan Milli Kəşfiyyat və Terrorla Mübarizə Koordinasiya Bölməsi böyüməyə davam edir. Bölmənin rəhbər işçilərinin sayı 6-dan 30-a çatdırılıb. Yelisey sarayına yaxın mənbələr Makronun kəşfiyyat işçilərinə həftəlik xarici siyasət missiyası verdiklərini bildirir. Xidməti yazışmalarda adlar əvəzinə “P3” və ya “E3” kimi kodlardan istifadə olunur”.