Fransa prezidenti Emmanuel Makron bildirib ki, ölkə bu yay Fələstin dövlətini tanıya bilər.
1xeber.media xəbər verir ki, O, bu barədə aprelin 9-da France 5 telekanalında məlumat verib.
"Məqsədimiz iyun ayında Səudiyyə Ərəbistanı ilə bir konfransa həmsədrlik etməkdir ki, burada bir neçə ölkə tərəfindən qarşılıqlı tanınma hərəkatını yekunlaşdıra bilərik", - "La France" qəzeti Makrondan sitat gətirir.