Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Şimali Kipr Türk Respublikasından olan həmkarı Tahsin Ərtoğruloğlu ilə görüşüb.
Bu barədə 1xeber.media Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Bildirilib ki, görüş zamanı regional və beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlıq müzakirə olunub.
Nazirlər, həmçinin regional təhlükəsizlik barədə fikir mübadiləsi aparıblar.