Səudiyyə Ərəbistanı Suriyanın Dünya Bankına olan borclarını ödəmək niyyətindədir ki, bu da Ərəb Respublikasında dövlət sektorunun bərpası və dəstəklənməsi üçün qrantların ayrılması imkanını açacaq.
1xeber.media xəbər verir ki, bu barədə aprelin 14-də Reuters agentliyi məlumat yayıb.
"Bu, Körfəz ərəblərinin Suriyaya mühüm dəstəyinin reallaşmağa başladığının əlaməti ola bilər", - nəşr qeyd edir.
Bu addım Suriya prezidenti Bəşər Əsədin hakimiyyəti təhvil verməsindən sonra Ər-Riyadın Dəməşqi maliyyələşdirməsinin ilk məlum nümunəsi olacaq.
Reuters-in aydınlaşdırdığı kimi, Suriyanın Dünya Bankına olan borcu təxminən 15 milyon dollardır. Əvvəlcə Dəməşq xaricdəki dondurulmuş aktivlərdən istifadə edərək borclarını ödəməyi planlaşdırsa da, xarici valyuta çatışmazlığı səbəbindən bu niyyəti reallaşmayıb.
Məqalədə həmçinin bildirilir ki, Dünya Bankı rəsmiləri ölkənin elektrik şəbəkəsinin bərpasına kömək etmək və dövlət sektorunda əməkhaqlarını dəstəkləmək üçün Suriyaya maliyyə ayırmağı düşünür.