Ukraynanın şimalındakı Sumıda partlayışlar baş verib.
1xeber.media xəbər verir ki, bu barədə “Strana.ua” nəşri Telegram-da yazır.
Onların dəqiq harada baş verdiyi göstərilmir. Ukrayna Hərbi Hava Qüvvələri şəhərin ballistik silahlarla vurulduğunu bildirib.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Sumiyə zərbə endirilməsi barədə məlumat vermişdi: qoşunlar “İskəndər-M” operativ-taktiki raketləri ilə hücum həyata keçirib. Hədəf Ukrayna Silahlı Qüvvələrinin “Seversk” əməliyyat-taktiki qrupunun komanda qərargahının iclasının keçirildiyi yer olub.