Novosibirsk şəhərinin Leninski rayon məhkəməsi “Mavi balina” sosial şəbəkə kanalının yaradıcısı İlya Poqiblovu 9 il müddətinə azadlıqdan məhrum edib.
1xeber.media xəbər verir ki, bu barədə Novosibirsk vilayətinin ümumi yurisdiksiya məhkəmələrinin mətbuat xidməti məlumat yayıb.
İdarənin “VKontakte” sosial şəbəkəsində yaydığı məlumatda deyilir: “Başqa insanların ölümündə patoloji maraq göstərərək, “Mavi balina” adlı ictimai kanal yaratmaqla qeyri-müəyyən sayda insanları, o cümlədən azyaşlıları intihara təhrik etmək məqsədi daşıyan fəaliyyətlər təşkil edib”.
İstintaq müəyyən edib ki, 2023-cü ildə Poqiblov və onun şəriki öz qurbanlarını intihara sürükləməyə cəhd ediblər, lakin hüquq-mühafizə orqanları onların əməllərinin qarşısı alınıb.