Artıq iki gündür respublika ərazisində hava şəraiti kəskin dəyişib. Bu gecədən etibarən intensiv yağış yağmağa başlayıb. Bunun nəticəsində paytaxtın bir sıra küçə və prospektlərini, eyni zamanda körpüləri su basıb.
1xeber.media xəbər verir ki, su basan yerlərdən biri də ötən ilin oktyabrında iki nəfərin boğulara öldüyü Sabunçu rayonu ərazisindəki tuneldir.
Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidə işlər görür.
Daha ətraflı AzTV-nin süjetində: