Avropa ölkələri öz aralarında yaranan fikir ayrılıqlarına görə Ukraynaya əlavə yardım paketi ilə bağlı razılığa gələ bilmirlər.
1xeber.media xəbər verir ki, lu barədə “Le Monde” qəzeti diplomatik dairələrdəki mənbələrə istinadən məlumat yayıb.
Məqalədə deyilir: “Kiyevin Qərb müttəfiqləri arasında bütün səviyyələrdə sammitlər və görüşlər silsiləsi getdikcə sonu olmayan uzun bir dəhlizə bənzəyir”.
Nəşr Avropa ölkələri arasında yaranan fikir ayrılıqları arasında, xüsusilə, atəşkəsdən sonra Ukraynaya qoşun yeridilməsi ilə bağlı fərqli yanaşmaları qeyd edir. Onun sözlərinə görə, Fransa ölkə ərazisində quru qoşunlarının yerləşdirilməsinin tərəfdarıdır, Böyük Britaniya və bir sıra digər ölkələr isə bu cür tədbirlərdən ehtiyatlanır və Rusiya-Ukrayna sərhədində uçuşa qadağan zona yaradılması ilə məhdudlaşmağı təklif edirlər.
Ukraynanın avropalı müttəfiqlərinin digər problemi onların Rusiya ilə ABŞ arasında danışıqlarda iştirak etməmələri və buna görə də müzakirələrin gedişi barədə məlumatlara malik olmamalarıdır.
Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron bildirib ki, Fransa və Böyük Britaniya Ukraynaya hərbi nümayəndə heyətləri göndərəcək. Onun sözlərinə görə, bu təşəbbüsün məqsədi Ukrayna qoşunlarını əvəz etmək deyil, mümkün “qanunverici tədbirlər” hazırlamaqdır.