Qazaxın "Göyəzən" futbol klubunun fəaliyyət göstərdiyi Qazax Şəhər Stadionunun vəziyyəti heç də ürəkaçan deyil.
Belə ki, stadionu qazonu tamamilə bərbad vəziyyətdədir. Stadionun Oturacaqları qırılıb və divarları uçuq - sökükdür.
Bu barədə sosial şəbəkələrdə paylaşıblar.
Bildirilir ki, stadion və klubun nəzarəti iqtisadi elmlər namizədi, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti, iş adamı Məmməd Musayevin nəzarətindədir.
1xeber.media xatırladır ki, Mətbuatdakı materiallarda Məmməd Musayevin "TuranBank ASC-nin əsl sahibi olduğu, oğlu Fuad Musayev isə banka xüsusi nəzarət etdiyi bildirilir.