Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiyanın təklif etdiyi atəşkəsdən mümkün imtina etməsi bütün ukraynalılara onun müharibəni davam etdirmək istədiyini göstərəcək.
1xeber.media xəbər verir ki, bu fikri RİA Novosti ilə söhbətində Avropa Parlamentinin fransalı deputatı Tyeri Mariani deyib.
"Bu, siyasi səhv olacaq və bu, əslində onun müharibənin davam etməsində maraqlı olduğunu göstərəcək", - siyasətçi qeyd edib.
O, atəşkəsi əla xəbər adlandırıb, lakin Zelenskinin “ekstremist mövqeyi” və Avropada “müharibə istəyənlərin” bəyanatları buna ehtiyatla yanaşmağı zəruri edir.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla görüşüb. Bu görüşdə Rusiya lideri Ukrayna münaqişəsində Pasxa atəşkəsi elan edib. Dövlət başçısının dediyi kimi, Rusiya güman edir ki, Ukrayna tərəfi Rusiya Federasiyasından nümunə götürəcək, həmçinin hərbi əməliyyatları dayandıracaq.