11 iqlim qurşağından 9-u Azərbaycandadır? – Doğru bilinən yanlış
“11 iqlim qurşağından 9-u Azərbaycandadır” cümləsini çoxumuz işlətmişik. Dünyadakı 11 iqlim qurşağının 9-nun Azərbaycanda olması”na dair iddialar mifdir. Dünyada 11 deyil, 13 iqlim qurşağı var.
Doğru bilinən yanlış barədə məlumatı təqdim edirik.
Yerin iqlim qurşaqları planetimizin en dairəsi boyunca yerləşən və bir-birindən əhəmiyyətli dərəcədə fərqlənən bircinsli iqlim sahələridir.
13 iqlim qurşağından yeddisi əsas, altısı keçid iqlim qurşağıdır. Azərbaycanda bu iqlim qurşaqlarından 2-si mövcuddur. Həmin qurşaqların daxilində də 9 iqlim tipi var. Tip və qurşaq ifadəsi başqa-başqa anlayışlardır. Yəni, bizim bildiyimiz kimi Azərbaycanda 9 iqlim qurşağı yox, 2 iqlim qurşağı və onun bəzi mənbələrə görə 8, bəzi mənbələrə görə 9 tipi var. Azərbaycan subtropik və mülayim iqlim qurşaqlarında yerləşir və bu qurşaqların tipi düzənliklərdən dağlara doğru dəyişir.
Qurşaqlar:
1. Mülayim
2. Subtropik
Tiplər:
1. Qışı mülayim, yayı quraq isti
keçən yarımsəhra və quru çöl iqlim tipi
2. Yayı quraq isti keçən yarımsəhra və quru çöl iqlim tipi
3. Qışı quraq keçən mülayim–isti iqlim tipi
4. Yayı quraq keçən mülayim–isti iqlim tipi
5. Yağıntıları bərabər paylanan mülayim–isti iqlim tipi
6. Yayı quraq keçən soyuq iqlim tipi
7. Qışı quraq keçən soyuq iqlim tipi
8. Bütün fəsillərdə bol yağıntılı soyuq
9. Dağ-tundra iqlim tipi