Pakistanda sərnişin mikroavtobusunun toqquşması nəticəsində azı 13 nəfər ölüb, 20 nəfər yaralanıb.
1xeber.media xəbər verir ki, bu barədə aprelin 22-də yerli hakimiyyət orqanlarına istinadən Sinxua agentliyi məlumat yayıb.
Onlar qeyd ediblər ki, qəza bazar ertəsi, aprelin 21-də ölkənin cənub-qərbində, Sind əyalətinin Camşoro rayonunda baş verib.
"30-dan çox insanı daşıyan sərnişin furqonu sürüşərək yoldan çıxaraq dərəyə düşüb. Sərnişinlər buğda tarlalarında işlədikdən sonra evə qayıdırdılar", - nəşr yazır.
İlkin məlumata görə, sürücü əyləc nasazlığı səbəbindən idarəetməni itirib.
Polisin məlumatına görə, ölənlər arasında dörd uşaq da var. Xinhua xəbər verir ki, qurbanlar ən yaxın tibb müəssisəsinə aparılıb, lakin yaralıların bəzilərinin vəziyyəti ağır olduğundan ölənlərin sayı arta bilər.