ABŞ prezidenti Donald Tramp Ukraynanın Krımı Rusiya ərazisi kimi tanıması ilə bağlı sualı cavablandırarkən bildirib ki, bu barədə üç gün ərzində daha ətraflı danışacaq.
1xeber.media xəbər verir ki, bu barədə məlumatı “New York Post” yayıb.
“Yaxın üç gün ərzində sizə tam məlumat verəcəyəm”, - Amerika lideri müvafiq suala cavab verib.
Bundan əvvəl məlum olub ki, ABŞ sülh planının bir hissəsi kimi Ukraynaya Krımı Rusiya kimi tanımağı təklif edib. ABŞ Dövlət Departamentinin adının çəkilməsini istəməyən rəsmisinin sözlərinə görə, sadalanan tələblər müzakirə üçün “potensial variantlar siyahısı”nın bir hissəsidir.
Martın 17-də “Semafor” mənbələrə istinadən xəbər verib ki, ABŞ prezident administrasiyası Krımı Rusiya ərazisi kimi tanımaq məsələsini nəzərdən keçirir.