Peyk görüntüləri İranın Natanz uranın zənginləşdirilməsi zavodunun cənubunda yerləşən Kolanq Qaz A'la dağının təməli ətrafında yeni təhlükəsizlik perimetrinin tikildiyini göstərir.
1xeber.media xəbər verir ki, bu barədə aprelin 23-də Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutunun hesabatında deyilir.
“Dərin basdırılmış uranın zənginləşdirilməsi obyektlərinin ətrafında təhlükəsizlik perimetrinin yaradılması onu göstərir ki, İran onlara qeyri-qanuni şəkildə nüfuz etmək cəhdlərindən daha çox narahatdır”, - sənəddə vurğulanır.
Materialda qeyd edilir ki, bu layihə üzərində işlər başa çatdıqdan sonra “kompleksdə 2020-ci ilin yayında partlayış nəticəsində dağılmış Natanzdakı əsas obyektdəki yerüstü qurğunu əvəz edəcək müasir sentrifuqa yığma qurğusu yerləşəcək”.