Rusiya Finlandiyada NATO-nun hərbi infrastrukturunun yerləşdirilməsinə cavab verəcək.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Point” nəşrinə müsahibəsində bildirib.
"Hərbi infrastruktur yavaş-yavaş Finlandiya ərazisinə çəkilir. Rusiya buna necə reaksiya verəcək? Biz təhlükəsizliyimizi təmin etmək üçün, ordumuz tərəfindən zəruri hesab edilən tədbirləri görürük".
Peskov vurğulayıb ki, Rusiyanın Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı heç bir problemi olmayıb və yoxdur.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi bəyan etmişdi ki, Rusiya heç kimə hücum etmək niyyətində deyil. “Xoşbəxtlikdən, nə Baltikyanı ölkələrdə, nə də Finlandiyada 2014-cü ildən bəri Donbassda olduğu kimi ruslara tanklardan və döyüş təyyarələrindən atəş açılmır”, - Peskov bildirib.