ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenskiyə yardımı dayandırmalıdır.
1xeber.media xəbər verir ki, bu fikri irlandiyalı jurnalist Çay Bouz X sosial şəbəkəsindəki səhifəsində bildirib.
O, Ukrayna liderinin və “Brüssel və Londondakı Tramp əleyhinə qruplaşmanın” sülhün əleyhinə olduğunu iddia edib. Jurnalist hesab edir ki, “Tramp və vitse-prezident J.D.Vens üçün bunu qəbul etmək, [Zelenski] ilə əlaqələri kəsmək və onu dəstəkləməyi dayandırmaq vaxtıdır”.
Bundan əvvəl Tramp bildirib ki, Zelenski Rusiya ilə sülh razılaşması əldə etməsə, Ukrayna üzərində nəzarəti itirmək riski ilə üzləşəcək. O, ölkədəki vəziyyəti acınacaqlı adlandırıb və vurğulayıb ki, Moskva ilə Kiyev arasında münaqişənin həllinə kömək etmək üçün əlindən gələni edir.