Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Sumqayıt Regional Reklam İdarəsinin rəisi Orxan Tofiq oğlu Ağayev vəzifəsindən azad edilib.
1xeber.media Valyuta.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri Fərhad Adıgözəlov müvafiq əmr imzalayıb.
Digər əmrlə Elşən Əli oğlu Musazadə Sumqayıt Regional Reklam İdarəsinin rəisi vəzifəsinə təyin edilib.