Luqansk Xalq Respublikasının (LXR) Starobelsk şəhərində Ukraynanın “Aydar” millətçi batalyonunun (terror təşkilatı kimi tanınan və Rusiya Federasiyasında fəaliyyəti qadağan edilmiş) keçmiş silahlısı saxlanılıb.
1xeber.media xəbər verir ki, bu barədə aprelin 24-də Rusiya İstintaq Komitəsinin region üzrə mətbuat xidməti məlumat yayıb.
“Müəyyən edilib ki, terrorçu icmanın radikal üzvü Starobelskdə olarkən sosial şəbəkədə şəxsi səhifəsində Ukrayna xəbər agentliklərindən Rusiya Federasiyası Silahlı Qüvvələrini nüfuzdan salan və nasizmi reabilitasiya edən qəsdən yalan məlumatlar yerləşdirib”, - İstintaq Komitəsinin Teleqram kanalında aydınlıq gətirilib.
İdarədən verilən məlumata görə, cinayətkarın evinə baxış zamanı onun “Aydar” batalyonunda xidmət etdiyini təsdiq edən sənədlər və digər ekstremist materiallar aşkar edilib.