Şəmkirdə 35 yaşlı kişi bıçaqlanıb.
1xeber.media məlumatına görə, Ağcəbədi rayon Hindarx kənd sakini 1990-cı il təvəllüdlü R.Allahverdiyev kəsilmiş-deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Dərhal 35 yaşlı kişiyə xəstəxanada yardım edilib,vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.
TƏBİB-dən bildirilib ki, Şəmkir Rayon Mərkəzi Xəstəxanasına 1990-cı il təvəllüdlü şəxs ( kişi cinsi ) qarının ön divarın kəsilmiş-deşilmiş yarası, qaraciyərin sağ payının kəsilmiş-deşilmiş yarası, öd kisəsinin ön və arxa divarının kəsilmiş-deşilmiş yarası hospitalizasiya olunub. Retroperitanal hematoma diaqnozu ilə Cərrahiyyə şöbəsində stasionar yatışa verilib.
Fakt araşdırılır.