Nigeriyanın şimal-qərbində silahlıların kəndə hücumu nəticəsində azı 20 nəfər həlak olub.
1xeber.media xəbər verir ki, bu barədə aprelin 25-də yerli sakinlərə istinadən Reuters agentliyi məlumat yayıb.
"Cümə axşamı günortadan sonra yüzlərlə silahlı mədənçilərə atəş açıb, nəticədə Zamfara əyalətinin Maru Yerli İdarəetmə bölgəsindəki Qobiraw Çali mədənçi kəndində atışma baş verib, 20-dən çox adam ölüb", - nəşr bildirib.
Agentlik vurğulayır ki, fidyə müqabilində adam oğurluğu Zamfara əyalətində adi bir hadisəyə çevrilib. Lakin hücumun mümkün motivləri ilə bağlı təfərrüatlar hələlik məlum deyil.