Rusiya Silahlı Qüvvələrinin (RF) Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini general-leytenant Yaroslav Moskalikin qətlində Ukrayna xüsusi xidmət orqanlarının əli ola bilər.
1xeber.media xəbər verir ki, bu barədə aprelin 25-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
“Qətldə Ukrayna xüsusi xidmət orqanlarının əli olduğunu düşünməyə əsas var, xüsusən ona görə ki, Moskalik Ukraynanın cənub-şərqindəki münaqişənin həlli üçün Minsk Əlaqə Qrupunda və Normandiya formatında işlədiyi vaxtdan onlara məlum idi”, o, agentliyin saytında dərc olunan bəyanatında bildirib.
Zaxarova qeyd edib ki, Ukrayna xüsusi xidmət orqanlarının qətldə iştirakının təsdiqlənməsi hərbi qarşıdurmanın genişlənməsinə mərc edən və sülh yolu ilə nizamlanmaya nail olmaq cəhdlərini rədd edən Kiyev rejiminin vəhşi və xain mahiyyətinin nümayişi olacaq.