ABŞ-da Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş təyyarəsi Harry Truman təyyarədaşıyan gəmisindən dənizə düşüb.
1xeber.media xəbər verir ki, bu barədə “Reuters” Amerika ordusuna istinadən məlumat yayıb.
Qırıcı ilə birlikdə traktorun da suya düşdüyü qeyd edilir. Agentliyin məlumatına görə, traktorun sürücüsü olan bir dənizçi xəsarət alıb. O, yüngül xəsarətlər alıb.
Sözügedən təyyarədaşıyan gəminin Ərəb dənizində husilərə qarşı zərbələrdə iştirak etdiyi vurğulanır.
Bundan əvvəl məlum olmuşdu ki, Pentaqonun rəhbəri Pit Heqset Yəmənə endirilən zərbələr barədə məlumatı söhbətdə həyat yoldaşına göndərib.