İran Prezidenti Məsud Pezeşkianın oğlu, Prezident Aparatının rəhbərinin müşaviri və media üzrə köməkçisi Yusif Pezeşkian "Traktor" komandasının azarkeşlərinə qarşı səsləndirilən pantürkist və separatçı iddialarına cavab verib.
1xeber.media xəbər verir ki, o, bu barədə özünün X hesabında paylaşım edib.
"Bu hadisələri həyəcan və enerjinin boşalması ilə əlaqələndirmək lazımdır, onları pantürkist və separatçı kimi dəyərləndirmək strateji səhvdir", - Yusif Pezeşkian yazıb.
Qeyd edək ki, "Traktor" komandasının çempionluğunun qətiləşməsindən sonra klub azarkeşləri Tehran, Təbriz, Qəzvin Urmiya, Ərdəbil və başqa şəhərlərdə şənlik aksiyaları keçiriblər.
Aksiyala zamanı milli şüarlar səsləndirilib, bəzi yerlərdə Azərbaycan və Türkiyə bayraqları qaldırılıb.
Bu, İranın bəzi media orqanlarında, xüsusən sosial media platformalarında narazılıqla qarşılaşıb, azərbaycanlı tərəfdarlar pantürkizm və separatçılıqda günahlandırılıb.