Rumıniyanın baş naziri Marsela Çiolaku vəzifəsindən, Sosial Demokrat Partiyasının (PSD) isə hakim koalisiyadan ayrıldığını açıqlayıb.
1xeber.media xəbər verir ki, bu barədə mayın 5-də G4Media portalı məlumat yayıb.
Nəşrdə onun sözləri “Mən PSD-nin prezidenti olduğum müddətdə PSD-AUR (Rumınların Birləşməsi Alyansı) hökuməti olmayacaq”.
Mayın 18-də keçiriləcək səsvermədə seçiləcək Rumıniyanın yeni prezidentinin parlamentdə çoxluq yarada biləcək partiyalarla birlikdə yeni baş naziri təyin edəcəyi dəqiqləşib.
Nəşrin məlumatına görə, SDP nazirləri yeni hökumət formalaşana qədər səlahiyyətlərini icra edəcəklər. Onların yerlərində qala biləcəkləri maksimum müddət 45 gündür.