Ostatnie Pokolenie hərəkatının ekoloji fəalları Varşavadakı Ponyatovski körpüsünün yoluna ovuclarını yapışdırıblar.
1xeber.media xəbər verir ki, bu barədə Polşanın RMF FM radiostansiyası mayın 5-də məlumat yayıb.
“Körpü nəqliyyatın hərəkəti üçün tamamilə bağlanmalı idi” deyə efirdə bildirilib.
Fəalların əvvəlcə Sileziya-Dąbrowski körpüsünə toplaşaraq keçiddən keçən nəqliyyatın hərəkətini maneə törətdikləri vurğulanır. Daha sonra onlar ilişdikləri Ponyatovski körpüsünə keçiblər, Gazeta.Ru dəqiqləşdirir.