Almaniya Ukraynaya etibarlı təhlükəsizlik zəmanəti vermək niyyətindədir.
1xeber.media xəbər verir ki, bunu mayın 7-də Almaniyanın yeni kansleri Fridrix Merz Fransa prezidenti Emmanuel Makronla görüşdən sonra bildirib.
Onun sözlərinə görə, atəşkəs haqqında razılıq əldə olunan kimi Berlin ABŞ-ın rəhbərliyi və iştirakı ilə onun monitorinqində iştirak etməyə hazırdır.
"Tərəfdaşlarımızla birlikdə biz Ukraynaya etibarlı təhlükəsizlik təminatları da verəcəyik. Və tərəfdaşlarımızla birlikdə Ukraynanın bu gün və gələcəkdə özünü hər hansı növbəti təcavüzdən müdafiə etməyə davam etməsini təmin edəcəyik".