Oqtay Şirəliyevin müəssisəsi CƏRİMƏLƏNDİ
Azərbayanın sabiq səhiyyə naziri Oqtay Şirəliyevə məxsus Respublika Diaqnostika Mərkəzi cərimələnib.
Dövlət Gömrük Komitəsi tərəfindən Mərkəz barədə protokol tərtib edilib.
Mərkəz İnzibati Xətalar Məcəlləsinin 491.1-ci (Gömrük nəzarəti altında olan, o cümlədən şərti buraxılmış mallar və ya nəqliyyat vasitələri ilə qanunsuz əməliyyatlar aparılması) maddəsinini pozmaqda ittiham edilib.
Yasamal Rayon Məhkəməsi protokolu təsdiq edib və şirkət barəsində inzibati tənbeh tətbiq edilib.
Qeyd edək ki, gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin 30 faizindən 100 faizinədək məbləğdə cərimə edilir.
Respublika Diaqnostika Mərkəzi 1998-ci ildə dövlət qeydiyyatına alınıb. 2 milyon 415 min 646 manat nizamnamə kapitalına malik olan tibb müəssisəsinin qanuni təmsilçisi sabiq səhiyyə naziri Oqtay Şirəliyevdir. Oqtay Şirəliyev hələ 1988-2005-ci illərdə “Respublika Diaqnostika Mərkəzi”nin direktoru olub. O, 2005-2021-ci illərdə isə Azərbaycanın səhiyyə naziri vəzifəsində çalışıb. Məlumatı bundan əvvəl "iqtisadiyyat.az" saytı yayıb.