Avropa İttifaqı (Aİ) ölkələri müdafiə xərclərini artırmalıdır.
1xeber.media xəbər verir ki, bu çağırışı Almaniyanın yeni kansleri Fridrix Merz Parisə səfəri zamanı edib.
“Bu, hərbi imkanlardakı boşluqlarımızı tədricən aradan qaldırmağın və Ukraynanı kollektiv şəkildə dəstəkləməyin yeganə yoludur”, – Merz qeyd edib.
Bunu kansler Fransa prezidenti Emmanuel Makronla birgə mətbuat konfransı zamanı deyib. Paris səfəri Merzin kansler kimi vəzifəyə gəldikdən sonra ilk xaricə səfəri idi.