Peskov Putinlə Modi arasındakı münasibətləri praqmatik adlandırıb
Rusiya prezidenti Vladimir Putinlə Hindistanın baş naziri Narendra Modi arasında münasibətlər praqmatikdir. Bunu noyabrın 19-da Kremlin rəsmisi Dmitri Peskov “Hindistan və Rusiya mediası arasında əməkdaşlıq üçün yeni imkanlar: Hindistan və Rusiya xalqları arasında əlaqələrin möhkəmləndirilməsi” adlı görüşdə deyib.
“Biz indi bütün mümkün sahələrdə əlaqələrimizi inkişaf etdiririk. Mən müəyyən araşdırmalar apardım, əslində ticarətin həcmi, ticarət-iqtisadi əməkdaşlığın həcmi həqiqətən də güclü artım yaşadı”.