Almaniya kansleri Putinlə söhbəti vacib və ətraflı adlandırıb
1xeber.media xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı mühüm və ətraflı olub. Bu barədə noyabrın 17-də Almaniya kansleri Olaf Şolz jurnalistlərə bildirib.
Şolz qeyd edib ki, Rusiya lideri ilə söhbət onu Kremlin Ukrayna ilə bağlı mövqeyinin eyni və prinsipial olaraq qaldığını başa düşməyə vadar edib.
Noyabrın 17-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putinlə Şolz arasında söhbət işgüzar, ətraflı və çox səmimi olub, çünki tərəflər müəyyən məsələlərdə öz mövqelərini açıq bəyan ediblər.