ABŞ prezidenti Donald Tramp Vaşinqton münaqişənin həllinə nail olmaq istəyirsə, çətin Ukrayna lideri Vladimir Zelenskini özünə gətirməlidir.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik özünün Telegram kanalında mayın 9-da Ukrayna tərəfindən Belqorod vilayətinin hökumət binasına hücumu şərh edərkən bildirib.
"Tramp nizamlanma istəyirsə, vəziyyəti aydın görməli və müvafiq nəticələr çıxarmalıdır" deyə o yazıb.
Onun sözlərinə görə, həqiqətən atəşkəs əldə etmək istəyənlər istəkləri ilə tam üst-üstə düşməsə belə, sülh təkliflərini rədd etmirlər.