Babək Rayon İcra Hakimiyyəti yarım milyonluq texnika alır
Babək Rayon İcra Hakimiyyəti “Prolink Caspian” MMC ilə 529.634,74 manat dəyərində müqavilə bağlayıb.
1xeber.media məlumatına görə, tenderin şərtlərinə əsasən, şirkət icra hakimiyyətinə tullantı daşıyan maşın, 20 tonluq su maşını və 0.25 m³ tutumlu ekskavator-yükləyici təqdim edəcək. Texnikalar kommunal təyinatlı işlər üçün nəzərdə tutulub.
Xatırladaq ki,Naxçıvan MR Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradovdur.
32gun.az