Hindistan Pakistan ərazisinə zərbələri dayandırıb və İslamabadın addımlarına uyğun hərəkət edəcək.
1xeber.media xəbər verir ki, bu barədə Hindistanın baş naziri Narendra Modi mayın 12-də xalqa müraciətində bildirib.
"Biz yalnız Pakistana qarşı əməliyyatları dayandırdıq, gələcək onların davranışlarından asılı olacaq", - "Hindustan Times" onun sözlərindən sitat gətirir.
Baş nazir vurğulayıb ki, Hindistan Ordusu, Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri döyüşə hazır vəziyyətdədir.