2022-ci illə müqayisədə Rusiyanın Ukrayna ilə bağlı mövqeyində dəyişikliklər var, onlar yerlərdə vəziyyətin dəyişməsi ilə bağlıdır.
1xeber.media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Diplomat qeyd edib ki, Ukrayna hakimiyyəti hər dəfə danışıqlar prosesini pozduqda ərazisi daralır. O, Rusiyanın xarici işlər naziri Sergey Lavrova istinadən bildirib ki, 2022-ci ilin aprelində İstanbulda keçirilən danışıqlarda əldə olunan razılaşmalar yerinə yetirilsəydi, Ukrayna Donbasın bir hissəsini saxlayacaqdı. Zaxarova yekunlaşdırıb ki, “danışıqlar prosesi ilə ərazinin ölçüsü arasında əlaqə axtaranların hamısının bu sitatı indi xatırlaması düzgün olardı”.
Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Rusiya nümayəndə heyətinin İstanbuldakı danışıqlarda qərar qəbul etmək mandatına malik olduğuna şübhə edib. O, həmçinin Rusiya danışıqlar qrupunun tərkibini “sahtekar” kimi qiymətləndirib.
Bundan əvvəl Zelenski danışıqlar aparmaq üçün Türkiyəyə gəlib.