Fransa prezidenti Emmanuel Makron Albaniyanın paytaxtında türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündə alçaldılıb.
1xeber.media xəbər verir ki, bu barədə fransız siyasətçisi və Patriotlar partiyasının lideri Florian Filippot X sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Makron Ərdoğana özünü göstərmək istədi, alçaldıldı!" – qeyd etdi.
Dövlət başçılarının görüşü Avropa Siyasi Birliyinin sammiti çərçivəsində baş tutub. Videoda Makronun Ərdoğana yaxınlaşaraq salamlaşdığı və çiynini sığallamağa çalışdığı, lakin Ərdoğanın buna imkan vermədiyi an çəkilib. Türkiyə lideri Fransa prezidentinin barmağını tutub və təxminən on saniyə buraxmayıb.
Görüntülər internetdə səs-küyə səbəb olub. Bir çox istifadəçi belə bir jestlə Ərdoğanın dominant mövqeyini sübut etdiyini iddia etməyə başladı və Türkiyə mediası Makronun həmkarı üzərində “psixoloji hökmranlıq” qura bilmədiyini qeyd etdi.