Böyük Qələbə tarixi ədaləti bərpa etdi
1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal etmişdir.İşğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayonlardan biri sayılırdı.
Ermənistan Silahlı Qüvvələri 2020-ci il sentyabrın 27-də yenidən Azərbaycana qarşı hərbi təxribatlar törətdi. Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə tutuldu. Mənfur düşmənlərimizin əvvəlcədən planlaşdırdığı hərbi təxribatlar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirdiyini bir daha sübut etdi. Düşmənin hərbi təxribatına, təcavüzünə son qoymaq məqsədilə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 44 gün davam edən Vətən müharibəsində Azərbaycana qarşı düşmənçilik mövqeyində və ərazi iddiasında olan təcavüzkar Ermənistan, həmçinin onun havadarları üzərində tarixi Qələbə qazandı, 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edildi. 10 noyabr 2020-ci ildə üç ölkənin dövlət başçıları tərəfindən bəyanat imzalandı. 2020-ci il noyabrın 15-dək Kəlbəcər rayonu, noyabrın 20-dək Ağdam rayonu,
dekabrın 1-dək isə Laçın rayonu Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ərazilərindən çıxarılması və qaytarılması elan edildi.
2020-ci il 20 noyabr tarixi – Ağdamın azad olunduğu şanlı gün. Bu tarix xalqımız üçün qürur günüdür. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqına müraciətində deyib: “Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da
imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Üçtərəfli bəyanat Azərbaycanın Qələbəsidir, torpaqlarımızın qayıtmasıdır, bayrağımızın ucaldılmasıdır. Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytarır. Bu gün
yaşadığımız günlər, yaşadığımız anlar hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq. Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir. Əziz ağdamlılar, Siz artıq köçkün deyilsiniz, Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız. Biz Qələbəmizi “Dəmir Yumruq”
hesabına, düşməni qova-qova qazanmışıq və indi durmuşuq öz torpağımızda. Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir”. Dövlət başçısı İlham Əliyev Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırdı. İyirmi yeddi ildən sonra işğaldan azad olunan Ağdamda indi dövlət bayrağımız dalğalanır.
Biz Qələbəni birlik, əzm, iradə və güc hesabına qazandıq.Ağdam bizimdir, Qarabağ bizimdir,
Qarabağ Azərbaycandır!
Kəmalə Babayeva,
2 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri