ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri və sahibkar İlon Mask siyasi informasiya sahəsindən itib və ABŞ prezidenti Donald Trampın sosial şəbəkələrində nadir hallarda adı çəkilib.
1xeber.media xəbər verir ki, bu barədə Maskla bağlı nəşrlərin sayını təhlil edən “Politico” qəzeti məlumat yayıb.
"Bir vaxtlar Ağ Evdə keçirilən brifinqlərdə iştirak edən milyarderin adı indi nadir hallarda çəkilir. Hətta Konqres üzvləri onu faktiki olaraq xəbər bülletenlərindən çıxarıblar", - qəzet yazır.
Bundan əlavə, fevral və mart aylarında Tramp Truth sosial şəbəkəsində orta hesabla həftədə dörd dəfə sahibkarın adını çəkdi, lakin Maskla bağlı sonuncu yazı aprelin əvvəlində edilib.