Ukrayna nizamlanması ilə bağlı fikir ayrılığı ABŞ və Avropa İttifaqı (Aİ) arasında münasibətlərin soyumasına səbəb ola bilər.
1xeber.media xəbər verir ki, bu barədə politoloq İvan Mezyuxo bildirib.
O, bunu Qərb siyasəti üçün nadir mənzərə adlandırıb.
"Qərb dövlətləri bloku daxilində güc və münasibətlərdə disbalans yaranıb. Aydındır ki, Ukrayna nizamlanması ilə bağlı Avropa İttifaqı ilə ABŞ arasında fikir ayrılığı Vaşinqton və Avropa arasında təmasların daha da soyumasına səbəb ola bilər", - Mezyuxo deyib.