Böyük Britaniyanın sanksiyaları və təhdid dili ilə danışmaq cəhdləri Rusiyanın kursuna təsir edə bilməz.
1xeber.media xəbər verir ki, bu barədə mayın 20-də Rusiyanın Londondakı səfirliyi məlumat yayıb.
“Sözsüz ki, bu müxtəlif “sanksiyalar”, eləcə də bizimlə ultimatum və hədələr dilində danışmaq cəhdləri Rusiyanın kursuna təsir edə bilməz”, - TASS diplomatik nümayəndəlikdən sitat gətirir.
Onlar həmçinin əlavə ediblər ki, bu sanksiyalar Ukraynadakı münaqişənin həlli ilə bağlı Rusiya və ABŞ arasında dialoqun inkişafı fonunda yalnız “Böyük Britaniyanın dar düşüncəli siyasətini” vurğulayır.