Ermənistan Avropa İttifaqının (Aİ) xeyrinə dönməz seçim edib.
1xeber.media xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Ararat Mirzoyan Aİ-nin Şərqi Avropa və Mərkəzi Asiyadakı səfirlərinin regional toplantısının açılışında bildirib. Onun sözlərini “Armenpress” agentliyi sitat gətirir.
"Biz mühüm bir mərhələdəyik. Ermənistan dönməz seçim edir - demokratiya, sülh, Avropa istiqamətində. İnanırıq ki, bu qətiyyətli addımlar avropalı tərəfdaşlarımız tərəfindən eyni dərəcədə cəsarətli və strateji əməkdaşlıqla qarşılanacaq", - Mirzoyan qeyd edib.
Onun sözlərinə görə, İrəvan təkcə dəstəyə deyil, həm də Aİ ilə qarşılıqlı tərəfdaşlığın gücləndirilməsinə ümid edir.